Skip to content
theqiyas.cc
Problem Solver

Layihənizi mənə sifariş edin

Mən Qiyas Sadıqovam, Bakıda proqram mühəndisiyəm. Veb platformalar, mobil tətbiqlər, botlar, ödəniş inteqrasiyaları və canlı yayım oyunları hazırlayıram. İşi ilk eskizdən serverdə işləyən məhsula qədər özüm aparıram. Aşağıdan lazım olanı seçin və ya sadəcə nə istədiyinizi yazın.

Nə hazırlayıram
01Sayt sifarişi və veb platformaların hazırlanmasıMarketplace, onlayn mağaza, rezervasiya və kurs platformaları, admin panellər. Django ilə hazırlayıram və sizin serverinizdə işə salıram. 02Biznesiniz üçün WhatsApp və Telegram botlarıSifariş qəbul edən, müştəriyə öz dilində cavab verən, bildiriş göndərən və çətin halları insana ötürən botlar. 03Flutter ilə mobil tətbiq, arxasındakı serverlə birlikdəAndroid üçün müştəri tətbiqləri, kuryer tətbiqləri və oyunlar. Flutter ilə, lazım olan server, admin panel və ödənişlərlə birlikdə hazırlayıram. 04Ödəniş inteqrasiyası: Epoint, kartlar, balans və kriptoKartla ödəniş, yadda saxlanan kartlar, geri qaytarma, Epoint üzərindən Apple Pay və Google Pay, balans və mühasibat jurnalı, USDT ilə beynəlxalq köçürmələr. Müştəridən iki dəfə pul çıxmasın deyə qurulur. 05Əmlak saytı, CRM və elanların avtomatik yerləşdirilməsiAgentlik və makler saytları, CRM, WhatsApp köməkçisi və elanlarınızı eyni anda bina.az, tap.az, yeniemlak.az, vipemlak.az və arenda.az-a göndərən bir panel. 06Restoran menyusu, sifariş kioskları və çatdırılma tətbiqləriTelefonda və restoranda özünəxidmət kioskunda işləyən menyu və sifariş saytı, sifariş izləmə, müştəri və kuryer üçün çatdırılma tətbiqləri. 07TikTok canlı yayımı üçün interaktiv oyunlarİzləyicilərin like, hədiyyə və şərhlərlə oynadığı oyunlar. Yayımınız və ya brendiniz üçün xüsusi oyun, ya da çox yayımçı üçün oyun platforması. 08Elmi jurnal saytı, OJS hostinqi və indeksləməOJS quraşdırılması, hostinq, mövzular və yeniləmələr, Google Scholar üçün hazır metadata, DOI və Crossref, ya da öz yazdığım daha yüngül açıq mənbəli platforma. 09API inteqrasiyası, məlumat toplama və avtomatlaşdırmaSisteminizi API-si olan və olmayan sayt və xidmətlərə bağlamaq. Tipli SDK-lar, məlumat axınları və öz saytınızın skraperlərdən qorunması.

Layihənizdən danışın

Bir neçə cümlə kifayətdir. Hər mesaja cavab verirəm, adətən elə həmin gün.